Xəzər hövzəsi və Mərkəzi Asiya regionunda neft və qaz hasil edən ölkələr son on ildə nisbətən yüksək enerji qiymətləri altında sürətli iqtisadi artım yaşamış, eyni zamanda qlobal enerji qiymətlərinin yüksək dəyişkənliyindən əziyyət çəkmişlər. Bu ölkələr zəngin karbohidrogen, hidro, bərpa olunan və alternativ enerji ehtiyatlarına və geosiyasi üstünlüklərə malikdir. Bu enerji resurslarından rasional istifadə və səmərəli idarə olunması ilə bağlı problemlər var. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaq, bu ölkələrin enerji sektorunda investisiya və innovativ imkanlardan səmərəli istifadə etmək və regional enerji bazarının formalaşdırılması ən vacib məsələlərdəndir