Mövlana Mübadilə Proqramı (Mevlana Değişim Programı) Türkiyənin ali təhsil qurumları ilə digər dünya ölkələrinin ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirən bir proqramdır. 23 avqust 2011-ci tarixdə Türkiyə Cümhuriyyətində rəsmi elan edilmiş və 2013-cü ildən başlayaraq fəaliyyət göstərməkdədir. Mövlana Mübadilə Proqramına qatılmaq istəyən tələbələr ən azı bir, ən çoxu iki semestr, müəllimlər isə bir tədris ilində ən azı 1 həftə, ən çoxu 3 ay Türkiyənin universitetlərində oxumaq və dərs vermək imkanına malik olacaqlar.