Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

Basketbol üzrə Tələbə Liqasının 17-ci turu AzTU komandasının qalibiyyəti ilə yekunlaşıb - VİDEO

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir. Liqanın 17-ci turunda AzTU komandası Xəzər Universitetinin komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 105:74 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.  Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edir. Oyunları “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz.

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir. ..

2023-03-29
AzTU

LMQS layihəsi çərçivəsində növbəti menecment görüşü Qazaxıstanda keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramı çərçivəsində həyata keçirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” (LMQS) layihəsi çərçivəsində növbəti menecment görüşü keçirilib. Yunanıstanın Qərbi Attika Universitetinin təşkilatçılığı ilə keçirilən menecment görüşü Qazaxstanın Almatı şəhərində təşkil olunub.   Əl-Fərabi adına Qazax Milli Universitetinin ev sahibliyi ilə keçirilən görüşdə AzTU-nu layihənin koordinatoru, professor Həsən Hüseynov təmsil edib. Görüş zamanı bakalavriat və magistratura səviyyələrində yeni ixtisaslar üzrə hazırlanan peşə kartlarının vəziyyəti, bu ixtisaslarda  tədrisə cəlb olunmuş akademik heyətin Qərbi Attika Universitetində təkmilləşdirmə kurslarında iştirakı, tərəfdaş universitetlərdə reallaşdırılmış proqramlar, əldə edilən nəticələr, layihə çərçivəsində universitetlərdə qurulan infrastruktur və digər məsələlər müzakirə olunub. Bundan başqa, Qərbi Attika Universitetinin təklif etdiyi ikili diplom layihələri ilə bağlı fikir mübadiləsi aparılıb. 

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramı çərçivəsində həyata keçirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə ..

2023-03-29
AzTU

ECAR layihəsi çərçivəsində Litvada Tədris və keyfiyyət təminatı üzrə komitənin işinin təşkili üzrə təlimlər keçirilib

                                                            “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi üzrə növbəti təlimlər  Litvanın Vilnüs şəhərində təşkil olunub.  Təlimlər Litvanın Mykolas Romeris Universitetinin ev sahibliyi ilə keçirilib. Azərbaycanın 20-yə yaxın ali təhsil müəssisəsinin məsul şəxslərinin, Elm və Təhsil Nazirliyinin nümayəndəsinin qatıldığı, tədris və keyfiyyət təminatı üzrə Litva təcrübəsinin öyrənilməsi məqsədi daşıyan səfərdə Azərbaycan Texniki Universitetini (AzTU) tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli və Yüksək Təhsil İnstitutunun direktoru İftixar Çələbi təmsil edib. Səfər proqramı çərçivəsində Litva Rektorlar Konfransının, eləcə də Mykolas Romeris Universitetinin rəhbər şəxsləri tərəfindən Litvanın ali təhsil sistemi, Litva Rektorlar Konfransında fəaliyyət göstərən Tədris işləri üzrə komitənin rolu, Litvada ali məktəblərin milli akkreditasiya sistemi, ali təhsil müəssisələrinin nəticəyə əsaslanan maliyyələşdirmə modeli üzrə təqdimatlar həyata keçirilib. Eyni zamanda təhsildə keyfiyyət təminatı məsələləri təlim proqramının digər mühüm istiqaməti olub. Mykolas Romeris Universitetinin keyfiyyət təminatı üzrə təcrübəli ekspertləri universitetin daxili keyfiyyət təminatı sistemi, “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar”a uyğunluq, tədris proqramının və ixtisas komitələrinin rolu, tələbə mərkəzli tədris, öyrənmə və qiymətləndirmə, Mykolas Romeris Universitetinin akademik heyətin idarəedilməsinə dair siyasəti, pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması və sertifikatlaşdırılması, o cümlədən pedaqoji heyətin peşəkar inkişafı kimi mühüm mövzularda mövcud təcrübələrini bölüşərək məhsuldar fikir mübadilələri aparıblar.  Azərbaycan nümayəndə heyəti Mykolas Romeris Universitetinin kampusu, o cümlədən kitabxanası və tədris laboratoriyaları ilə də tanış olublar. Yekunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov tərəfindən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində yaradılmış Tədris və keyfiyyət təminatı üzrə komitənin iclası keçirilib. İclasda komitənin fəaliyyət planı və həyata keçiriləcək layihələr üzrə müzakirələr aparılıb.    

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi üzrə növbəti təlimlər Litvanın Vilnüs şəhərində təşkil olunub. Təlimlər Litvanın Mykolas Romeris Univer ..

2023-03-28
AzTU

AzTU-da “Müasir energetikada kadr hazırlığı” mövzusunda seminar keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “Müasir energetikada kadr hazırlığı” mövzusunda seminar keçirilib. Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, seminar Azərbaycanın əməkdar mühəndisi, əməkdar elm xadimi, MDB-nin əməkdar energetiki, texnika elmləri doktoru, professor, tədris işləri üzrə prorektor Nurəli Yusifbəylinin 60 illik yubileyinə həsr olunub. Vilayət Vəliyev yubilyarın Azərbaycanın energetika sektorunun inkişafında göstərdiyi xidmətlər, həyata keçirdiyi uğurlu layihələrlə yanaşı, onun pedaqoji fəaliyyətindən də söhbət açıb. Daha sonra Nurəli Yusifbəyliyə xatirə hədiyyələri təqdim olunub. Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, “Azərenerji” ASC-nin İnsan resursları departamentinin direktoru Natiq Abbasov, “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun şöbə rəisi Valeh Nəsibov və başqaları Nurəli Yusifbəylinin ölkəmizin enerji sektorunda,  o cümlədən “Azərenerji” ASC-də həyata keçirilən uğurlu layihələr fonunda gördüyü işlərdən, kadr hazırlığındakı rolundan, eyni zamanda elmi-tədqiaqat sahəsində fəaliyyətindən danışıblar. Çıxışlar zamanı energetika sektorunun ölkə üçün mühüm əhəmiyyəti, bu sahənin inkişafı ilə bağlı universitetlərdə aparılan elmi-tədqiqat işləri, həmçinin müasir innovasiyaların tətbiqi ilə bağlı da fikirlər səsləndirilib. Seminarın sonunda professor Nurəli Yusifbəyli ona göstərilən diqqətə görə təşəkkür edib. Qeyd edək ki, Nurəli Yusifbəyli 8 kitab, 4 müəlliflik şəhadətnaməsi, 1 dərs vəsaiti, 3 patent, 3 Azərbaycan Standartı və 170-dan çox elmi əsərin müəllifidir.

Azərbaycan Texniki Universitetində (AzTU) “Müasir energetikada kadr hazırlığı” mövzusunda seminar keçirilib. Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, sem ..

2023-03-28
AzTU

Martın 27-si Azərbaycanda Elm Günüdür

Martın 27-si Azərbaycanda Elm Günüdür. Cəmiyyətin inkişafında elmin əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Günü təsis edilib. “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, təhsil sahəsində islahatların aparılması əsas hədəflərdən biri kimi müəyyən edilib. Ümumi təhsildə islahatların davam etdirilməsi, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, ali təhsilin əlçatanlığının və əhatəliliyinin artırılması və bir çox digər istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu gün Azərbaycan Respublikasında dövlətin elm sahəsində siyasətinin və strategiyasının əsas prinsipləri müəyyən olunmuş şəkildə, eyni zamanda, müasir tələblərə uyğun həyata keçirilir. Elmin davamlı və sistemli inkişafının təmini, elmi fəaliyyətin institusional sisteminin və maliyyələşdirilmə mexanizmlərinin dünya standartlarına uyğunlaşdırılması, cəmiyyət həyatının bütün istiqamətlər üzrə inkişafında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi, elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi və s. elm sahəsində dövlət siyasətinin əsas məqsədləridir.  

Martın 27-si Azərbaycanda Elm Günüdür. Cəmiyyətin inkişafında elmin əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda El ..

2023-03-27
AzTU

Rektor Vilayət Vəliyevin Novruz bayramı münasibətilə təbriki

Hörmətli müəllimlər və əməkdaşlar! Əziz tələbələr!   Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!   Ulu əcdadlarımızdan bizə yadigar qalan bu əziz el bayramı insanlarda dostluq, həmrəylik, xeyirxahlıq duyğularını möhkəmləndirir. Bu bayram bizə ənənələrimizə hörməti, onu yad ünsürlərdən qoruyaraq nəsildən-nəslə ötürməyi öyrədir. İnsanlara ruh yüksəkliyi bəxş edən yaz fəsli Vətənə, torpağa bağlılıq hisslərini gücləndirir.   Bu əziz bayram günlərində bir daha hər birinizə cansağlığı, bahar əhvali-ruhiyyəsi, süfrələrinizə ruzi-bərəkət, işlərinizdə yeni nailiyyətlər arzu edirəm!   Novruz bayramınız mübarək!

Hörmətli müəllimlər və əməkdaşlar! Əziz tələbələr! Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Ulu əcdadlarımızdan bizə yadigar qalan bu əziz el ..

2023-03-19
AzTU

Azərbaycan Texniki Universitetində “YENİ Klub” təsis edilib

Azərbaycan Texniki Universitetində (AzTU) “YENİ Klub”un təsis toplantısı keçirilib. Əvvəlcə universitetin foyesində müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Tədbirdə ulu  öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təsis toplantısını giriş nitqi ilə açan AzTU-nun rektoru Vilayət Vəliyev ali təhsil müəssisəsində tələbələrin aktivliyini və onların şəxsi inkişafını dəstəkləyən klubun formalaşdırılmasının mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, “YENİ Klub”un önəmli təşəbbüslər irəli sürərək faydalı layihələr reallaşdıracağına inamını ifadə edib və uğurlar arzulayıb. Daha sonra AzTU-nun nəzdində formalaşdırılan “YENİ Klub”un rəhbəri Namiq Mustafazadə, koordinatorlar Akif Cəfərzadə, İlahə Əzizova, Leyla Əmiraslanlı, Atabəy Rəşidli təqdimatla çıxış ediblər. Klub haqqında ətraflı məlumat verən gənclər qeyd ediblər ki, ali təhsil müəssisəsi daxilindəki klub təşkilatlarla birgə fəaliyyət həyata keçirəcək, yarışlar, müsabiqələr, layihələr, təlimlər, xarici dillərdə tədbirlər təşkil edəcək. Ali təhsil müəssisələrinin nəzdində “YENİ Klub”ların formalaşdırılmasının əhəmiyyətindən bəhs edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qeyd edib ki, klublar tələbələrin şəxsi inkişafını dəstəkləməklə bərabər, onların cəmiyyətdə təşəbbüskar rolunun artırılmasında da mühüm rol oynayacaq. “YENİ Klub”ların tələbələrin həyatına yeni rəng qatacağını bildirən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bu təşəbbüsün geniş miqyasda gəncləri əhatə edəcəyini və ali təhsil müəssisələrində fəaliyyət göstərən digər tələbə təsisatlarına nümunə olacağını diqqətə çatdırıb. Qeyd edək ki, YAP Gənclər Birliyinin təşəbbüsü ilə formalaşdırılan “YENİ Klub”ların məqsədi ali təhsil müəssisələrində tələbələrin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsi, çoxşaxəli layihələrin reallaşdırılmasıdır.    

Azərbaycan Texniki Universitetində (AzTU) “YENİ Klub”un təsis toplantısı keçirilib. Əvvəlcə universitetin foyesində müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin b ..

2023-03-18
AzTU

AzTU-nun magistr tələbələri “Erasmus+” proqramı çərçivəsində Madriddə tədqiqat aparır

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin və Beynəlxalq Biznes Məktəbinin (MBA və “SABAH Magistratura” proqramları) 2-ci kurs magistr tələbələri “Erasmus+ KA171” proqramı çərçivəsində Madrid Politexnik Universitetinin (UPM) Sənaye Mühəndisliyi Ali Texniki Məktəbində (ETSI Industrials) magistr dissertasiya işləri üzrə tədqiqat aparırlar. Tədqiqat aparan tələbələr - Gülüstan Nəbili “Bərpa olunan enerji mənbələri ilə iqtisadi artım arasındaki əlaqənin panel data analizi”, Fərid Nadirov “Azərbaycanda külək, günəş, su elektrik stansiyaların inşası və istifadəsi ilə bağlı texniki, iqtisadi, ekoloji risklərin qiymətləndirilməsi”, Sona Nəzərova isə “Azərbaycanda yaşıl logistika üçün yaşıl bacarıqlar” mövzularında dissertasiya işlərini iki dildə hazırlayacaqlar. Belə ki, tələbələr UPM-də ingilis dilində, AzTU-da isə Azərbaycan dilində müdafiə edəcəklər. UPM-də yerli proqram koordinatoru və tələbələrin hesabatlarını qəbul edən şəxs Sənaye Mühəndisliyi Ali Texniki Məktəbinin (ETSI Industrials) professoru Jorge Servertdir. Tələbələrin AzTU-da elmi rəhbərləri professor Vilayət Vəliyev, i.ü.f.d. Fariz Məmmədov və i.ü.f.d. Aynurə İsmayılovadır. Qeyd edək ki, “Erasmus+ KA171” proqramının icrası çərçivəsində işlər 2022-ci ilin may ayından etibarən Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzi və Beynəlxalq əlaqələr şöbəsinin birgə koordinasiyası ilə həyata keçirilir.     

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin və Beynəlxalq Biznes Məktəbinin (MBA və “SABAH Magistratura” proqramları) 2-ci k ..

2023-03-17
AzTU

Rektor AzTU-nun qocaman professor-müəllim heyəti ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Novruz bayramı münasibətilə universitetin qocaman professor-müəllim heyəti ilə görüşüb.   Görüşdə AzTU-nun prorektorları və Həmkarlar İttifaqı Komitəsinin sədri də iştirak edib.  Rektor müəllimləri Novruz bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bildirib ki, AzTU-da həyata keçirilən layihələrdə qocaman professor-müəllim heyətinin fikir və təklifləri dinlənilir. Mühəndis kadrların hazırlanması ilə bağlı onların məsləhətlərinə hər zaman böyük önəm verilir. AzTU Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi görüşdə universitetin hədəfləri və qarşıda görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Novruz bayramı münasibətilə universitetin qocaman professor-müəllim heyəti ilə görüşüb. Görüşdə AzTU-nun prorekto ..

2023-03-17
AzTU

AzTU-da Novruz şənliyi keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Novruz şənliyi keçirilib. Tədbirdə AzTU-nun rəhbərliyi, müəllimləri və tələbələri iştirak ediblər. Əvvəlcə fakültələrin və tələbə təşkilatlarının Novruz bayramı münasibətilə hazırladıqları stendlərə baxış keçirilib. Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. Rektor UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmiş Novruz bayramının tarixindən, onun milli birlik və həmrəylik bayramı olmasından, müxtəlif xalqları birləşdirməsindən danışıb. Daha sonra universitetin sosial-ictimai həyatında fəallıq nümayiş etdirən tələbələr fəxri fərmanla təltif olunub. Novruzun personajları keçəl və kosanın məzəli əhvalatları da alqışlarla qarşılanıb. Tədbir konsert proqramı ilə davam edib.    

Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Novruz şənliyi keçirilib. Tədbirdə AzTU-nun rəhbərliyi, müəllimlər ..

2023-03-16